Başlanğıc
huqsi API — Azərbaycan qanunvericiliyi (e-qanun.az korpusu, qüvvədə olan əsas aktların cari redaksiyası) üçün ictimai proqram interfeysi. İki qapı var:
- REST —
https://api.huqsi.az/v1/*(OpenAPI:/v1/openapi.json, interaktiv:/v1/swagger) - MCP —
https://api.huqsi.az/mcp(Streamable HTTP; Claude, ChatGPT, Cursor, n8n, Gemini CLI və digər MCP klientləri üçün). Qoşulmanın iki yolu var: OAuth (açarsız, «Add custom connector») və API açarı. Bax MCP qoşulması.
Hər iki qapı eyni hesab, eyni plan və limitlərlə işləyir. Üç imkan:
| İmkan | REST | MCP aləti |
|---|---|---|
| Mətn axtarışı (semantik) | POST /v1/search |
search_law |
| Maddənin qüvvədə olan mətni | GET /v1/articles/{id} |
get_article |
| Maddənin dəyişiklik tarixçəsi | GET /v1/articles/{id}/history |
get_article_history |
3 addımda
- Kabinetdə e-poçtla daxil olun (parol yoxdur, məktubla 6 rəqəmli kod və link gəlir) və açar yaradın.
Bax Açar almaq. Claude.ai və ya ChatGPT üçün açar lazım deyil:
https://api.huqsi.az/mcpünvanını connector kimi əlavə edin. - Sınayın:
curl -X POST https://api.huqsi.az/v1/search \
-H "X-API-Key: hq_SİZİN_AÇARINIZ" \
-H "Content-Type: application/json" \
-d '{"query": "oğurluğa görə cəza", "limit": 3}'
- Nəticədəki
article_idilə dəqiq maddəni oxuyun:
curl https://api.huqsi.az/v1/articles/46947:p1:177 -H "X-API-Key: hq_SİZİN_AÇARINIZ"
Nə var, nə yoxdur
- Var: qüvvədə olan qanun və məcəllələrin maddələri, maddənin cari mətni, hansı aktların onu dəyişdirdiyi.
- Yoxdur: məhkəmə qərarları, köhnə redaksiyaların mətni, sənədin tam mətni bir sorğuda, qrafın daxili əlaqələri. Bunlar ictimai API-yə çıxarılmır.
- Axtarış tam mətn yox, hər maddədən qısa parça qaytarır. Tam mətni
GET /v1/articles/{id}verir. - Mətnlər yalnız rəsmi Azərbaycan dilindədir. Model və ya proqramınızın etdiyi tərcümə qeyri-rəsmidir, rəsmi mətnə istinad edin.
- Baza gündə bir dəfə e-qanun.az-dan yenilənir. Gələcəkdə qüvvəyə minəcək müddəalar hələlik ayrıca işarələnmir. Bax Təzəlik.
- Axtarış semantikdir: nəticələr oxşarlığa görə sıralanır, dəqiq uyğunluq zəmanəti yoxdur. Maddəyə istinad etməzdən əvvəl mətni oxuyun.
Maddə id-si
Format: {qanun_id}:p{hissə}:{maddə_nömrəsi} — məsələn 46947:p1:177 (Cinayət Məcəlləsi, maddə 177).
Maddəsiz tək-mətnli aktlar üçün {qanun_id}:tam. qanun_id e-qanun.az-dakı framework id-sidir
(https://e-qanun.az/framework/46947). Tez-tez lazım olanlar:
| Akt | id |
|---|---|
| Cinayət Məcəlləsi | 46947 |
| Cinayət-Prosessual Məcəllə | 46950 |
| Mülki Məcəllə | 46944 |
| Mülki Prosessual Məcəllə | 46945 |
| Vergi Məcəlləsi | 46948 |
| İnzibati Xətalar Məcəlləsi | 46960 |
Başqa aktın id-sini tapmaq üçün POST /v1/search nəticəsindəki law_id sahəsinə baxın.
Digər səhifələr: REST nümunələri · MCP qoşulması · Limitlər · Təzəlik · Xəta kodları · İstifadə şərtləri · Məxfilik. English: Getting started.