Açar almaq
API açarı kabinetdən alınır. Qeydiyyat və giriş parolsuzdur.
Addımlar
- https://api.huqsi.az/ səhifəsində e-poçtunuzu yazın → «Kod göndər».
- Məktubda 6 rəqəmli kod və link gəlir. Hər ikisi eyni girişə aiddir: 15 dəqiqə etibarlıdır, biri istifadə olunanda digəri də etibarsız olur. Kodu açıq səhifəyə yazın və ya linki həmin brauzerdə açıb «Daxil ol» basın. Link başqa cihazda açılsa giriş olmur, sadəcə kod göstərilir. Koda 5 cəhd verilir. Hesab yoxdursa, istifadə şərtləri və məxfilik siyasəti ilə razılığı işarələdikdən sonra yaranır.
Yeni hesab üçün ünvan daimi olmalıdır: birdəfəlik (müvəqqəti) e-poçt xidmətləri və e-poçt qəbul etməyən
(MX qeydi olmayan) domenlər qəbul olunmur. Bir şəbəkədən gündə ən çox 3 yeni hesab
açıla bilər.
3. Kabinetdə «Açar yarat» — ad verin (məs. «n8n», «Claude Desktop»). Açar bir dəfə göstərilir: hq_… ilə
başlayan sətri dərhal köçürün. Bazada yalnız hash saxlanır; itirsəniz, yeni açar yaradıb köhnəni ləğv edin.
Açarı necə göndərmək
Hər sorğuda X-API-Key başlığı:
X-API-Key: hq_SİZİN_AÇARINIZ
REST və MCP eyni başlığı qəbul edir. Açarı URL-ə, sorğu gövdəsinə və ya loglara yazmayın. Claude.ai və ChatGPT üçün açar lazım deyil: OAuth ilə qoşulun (MCP qoşulması).
Təhlükəsizlik
- Plan icazə verirsə, hər inteqrasiya üçün ayrıca açar yaradın. Biri sızsa, yalnız onu ləğv edərsiniz. Aktiv açar sayı plana görə məhduddur (Limitlər).
- Limitlər və kvota açara yox, hesaba bağlıdır: bütün açarlar bir hovuzdan istifadə edir.
- Ləğv dərhal qüvvəyə minir: açar
401 key_revokedqaytarır. - Plan dəyişəndə dəyişiklik bütün açarlara şamil olunur.
- Sessiya 30 gün saxlanır; «Çıx» düyməsi sessiyanı silir, açarlara toxunmur.
Açarın müddəti
Developer planında açar 30 gün etibarlıdır. Bitmə tarixi kabinetdə açarın yanında
görünür. Müddət bitəndə API 401 key_expired qaytarır. Kabinetdə «Yenilə» düyməsini basın: müddət həmin
gündən yenidən başlayır, açar dəyişmir, inteqrasiyanı yeniləmək lazım deyil. Pullu planlarda açarların müddəti
yoxdur.
Plan
Yeni hesab Developer planı ilə başlayır. Bu plan yalnız inkişaf və sınaq üçündür. Daha yüksək limit və ya istehsalat istifadəsi üçün api@huqsi.az ünvanına yazın. Plan dəyişikliyi kabinetdə dərhal görünür. Bütün planlar: Limitlər.